Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar  “Heydər Əliyev ili” çərçivəsində bir il müddətinə əl əməyi göz nuru ilə ərsəyə başa gətirdiyi”100 şəkil 100 xatirə” adlı layihəsinin təqdimatı keçirilib

25.12.2023

Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar  “Heydər Əliyev ili” çərçivəsində bir il müddətinə əl əməyi göz nuru ilə ərsəyə başa gətirdiyi"100 şəkil 100 xatirə" adlı layihəsinin təqdimatı keçirilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop, Milli Məclisin deputatı Musa Quliyev, Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, Azərbaycan Miniatür kitab muzeyinin direktoru Suad Mursaqulova, Gümüşbənd, sənətkarlıq üzrə professor, Şaiq Məmmədov, Azərbaycan Texnologiya Universitetinin müəllimi Hicran Ramazanova idarə, müəssisə, təşkilatların rəhbərləri və s. ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Samux şəhəri Heydər Parkında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb və əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı. Tədbirə təşrif buyurmuş qonaqlar ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşdülər. Sərgiyə baxış keçirildikdən sonra 
tədbirin bədii hissəsində Samux şəhər Uşaq Musiqi Məktəbinin şagird və müəllimləri Tofiq Quliyevin, Fikrət Əmirovun və digər bəstəkarlarımızın və dünya klassiklərin musiqiləri səsləndirilmişdir.